Şengen Vizası

Şengen Vizası

Şengen vizası ilə sən bir ölkəyə daxil olaraq bütün Şengen zonasını rahatca gəzə bilərsən. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri ölkədaxili səyahətlər kimi idarə olunur.

Şengen qısamüddətli vizadır. Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçünsə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Əgər sən yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsənsə, birbaşa həmin ölkə səfirliyinə müraciət etməlisən. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursansa, onda əsas istiqamətin olan ölkənin səfirliyinə müraciət et. Əgər sən müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutur və onlardan heç biri sənin əsas istiqamətin deyilsə, o zaman ilk ayaq basacağın ölkənin səfirliyinə müraciət etməlisən. Vizaya müraciət üçün şəxsən özün getməli, ərizə forması (şəxsən doldurmalı və imzalamalısan) və səyahətin üçün digər lazımi sənədləri özün təqdim etməlisən.

Tez-tez soruşulan suallar

Biz dünyanın istənilən ölkəsinə viza dəstəyi veririk. İstədiyiniz ölkəyə viza almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

  • Şengen vizası nədir?
    Çoxlarının arzusudur dünyanı gəzmək, səyahət zamanı yeni yerlər görməklə qalmıyıb yeni mədəniyyətlər kəşf etmiş olursunuz. Avropa mədəniyyətini, şəhərlərin gözəlliyini və tarixin buraxdığı izləri kəşf etmək üçün isə sizlərə Şengen vizası almaq vacib olacaq.
  • Şengen Vizası üçün lazım olan sənədlər hansılardır?
    Xarici passport, Gediş və dönüş biletlərinin bronu, İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış, Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış, Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı, Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu, Səyahət sığortası, Şəkil 3.5×4.5 sm, Hazır ərizə forması, Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası
  • Şengen ərazisinə hansı ölkələr daxildir?
    Şengen ərazisinə 26 ölkə daxildir ancaq biz sizə ilk növbədə bildirmək istəyirik ki, Şengen ərazisi ilə Avropa İttifaqının ərazisi eyni deyil ona görə də bu ikisini qarışdırmamağınız lazımdır. Şengenə daxil olan ölkələr isə aşağıdakılardır:

    Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və İsveçrə