Viza bir ölkənin vətəndaşlarının başqa bir ölkəyə səyahət etmək üçün pasportuna vurulan icazə sənədidir. Əlbəttə ki, bu iki ölkə arasında viza rejimi varsa bu sənədə ehtiyac vardır.
Vətəndaşlar vizanı əldə etmək üçün müvafiq ölkənin səfirilikləri və konsulluqlarına müraciət etməlidirlər.
Ölkədən asılı olaraq tələb olunan sənədlər dəyişə bilir. Səyahət etdiyiniz ölkəyə hansı sənədlərin zəruri olduğunu müvafiq orqanlardan və səyahət agentliklərindən öyrənə bilərsiniz. Bir çox ölkələrə əsasən aşağıdakı sənədlər lazım olur.
* Xarici passport
* Gediş və dönüş biletlərinin bronu
* İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
* Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
* Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
* Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
* Səyahət sığortası
* Şəkil 3.5×4.5 sm
* Hazır ərizə forması
* Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası